9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Ayxan Abbasov: "Futbolçularım böyük xarakter göstərdilər"

"Qələbə qazanmaq xoşdur. İstəyirdik ki, çempionatın sonunadək şansımız qalsın, mübarizəni davam etdirək. Bu gün futbolçularım həqiqətən böyük xarakter göstərdilər. Çünki çox yorğun qrafikdə oynayırlar".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, hansı komanda xarakter göstərdisə, o da qalib gəldi: "Taktiki cəhətdən diqqətli oynadıq. Futbolçularımı təbrik edirəm. Bir qol oyunun taleyini həll etdi. Matçın əvvəlində hər iki komandada epizodlar oldu. Görüşün bəzi vaxtlarında sürət qalxırdı, bəzi vaxtlarında isə düşürdü. Bu da normal idi. Həm "Keşlə", həm də biz kubok oyunu keçirmişik. Həftələr keçsə də, bədəndə yorğunluq qalıb. Bundan sonra vaxtımız var. Hardasa 6 gündən sonra qarşılaşmamız var. Futbolçular istirahət edə biləcəklər".

Abbasov bəzi oyunçuların cəza və zədə səbəbindən meydana çıxa bilmədiyini söyləyib: "Ümid edirəm ki, onlar da qayıdacaq. Çempionatın sonunadək mübarizədən qopmamağa çalışacağıq. Futbolçularımız ilk turdan bu günədək uğur qazanmağa layiqdirlər. Amma qismətdə nə varsa. o da olacaq. İnanıram ki, mövsümün sonunda sevinən biz olacağıq".

Baş məşqçi Cabir Əmirlinin meydana daxil olduqdan sonra komandasına penalti qazandırmasına da toxunub: "Cabir keçən qarşılaşmada da oynamışdı, onda bəzi rotasiyalar etmişdik. Oyun elə axarda gedirdi ki, rəqib daha çox sol cinahdan gəlirdi. Sağ cinah müdafiəçimiz Süleyman Əhmədov yorulmuşdu. Bunadək Rəhim Sadıxov iki dəfə təkbətək çıxsa da, rəqib qapıçı yaxşı oynadı. Əmirlinin sürəti hesabına cinahda təhlükə yarada biləcəyinə inanırdıq. Həqiqətən bunu reallaşdırdı. Həm qapıya bir zərbəsi oldu, həm də penalti qazandırdı. Açığı, belə bir şeyin baş verəcəyini gözlədiyimizi desəm, yalan olar. Amma sağlam düşüncə ilə fikriləşirdik ki, Əmirli matçın nəticəsinə təsir göstərən hərəkətlər edə bilər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30