8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Mahir “Legiya” ilə 3 illik müqavilə imzalayır

“Qarabağ”ın futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubu ilə razılığa gəlib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Polşanın “Meczyki” nəşri xəbər yayıb. Tərəflər arasında yaxın vaxtlarda 3 illik müqavilənin imzalanacağı bildirilib.

"Legia.net"in yazdığına görə isə "Legiya" Emreliyə illik 300 min avro maaş təklif edib və razılaşma əldə olunub.

Xəbərdə o da qeyd olunub ki, Mahirin Polşa təmsilçisi ilə anlaşmasında "Qarabağ”ın sabiq oyunçusu, 13 il Varşava klubunda çıxış etmiş Yakub Jezniçakın da rolu olub. O, Emrelini bu məsələlərə görə kluba keçməyə inandırıb:

1. Polşada əldə oluna biləcək kuboklar və avrokuboklarda mübarizə.

2. Varşavadakı yüksək səviyyəli yaşayış şəraiti.

3. Maksimum iki mövsümdən sonra yüksək satış potensialı.

4. Yaxşı pul qazanması.

Mahirin “Legiya”nın ən çox qazanan futbolçusu olması real görünmür. Lakin Jezniçak oyunçunu klubda mükafatlar əldə edəcəyinə inandırıb.

Məlumata görə, Emreli artıq Azərbaycandakı işlərini yekunlaşdırır və Polşaya köçmək qərarındadır. Həmçinin qeyd edilir ki, bu transferrin qarşısını yalnız oyunçuya daha yaxşı təklif gəlməsi ala bilər.

Mahirin bu yaxınlarda Rusiyanın “Ural” və Almaniyanın “Union Berlin" klublarından daha sərfəli təkliflər aldığı, lakin onun "Legiya"da oynamaq fikrində olduğu bildirilib.

Qeyd edək ki, millimizin üzvü “Qarabağ”ın illik 500 min dollar maaş olmaqla yeni müqavilə təklifini qəbul etməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30