9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Mahir Emreli "Legiya" ilə anlaşır?

Polşanın "Legiya" (Varşava) klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə anlaşmağa yaxındır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera Tvitterdə yazıb.

O, danışıqların çox yaxşı getdiyini bildirib: "Çoxlu təklifi olmasına baxmayaraq, Mahir Emreli "Legiya" ilə anlaşmağa yaxındır. "Legiya" danışıqları sürətlə inkişaf etdirir".

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. 24 yaşlı hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır. Emreli ilə Polşanın daha bir neçə klubu maraqlanır ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30