Ölkə futbolu
Ayxan Abbasov: “Kiməsə sübut üçün işləmirik”
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun müsahibəsi
- Azərbaycan kubokunun "Qarabağ"la cavab görüşündə futbolçular 120 dəqiqə meydanda oldu. Hazırda komandada fiziki cəhətdən durum necədir?
- Onsuz da sıx qrafiklə oynayırıq, çempionatın oyunları tez-tez keçirilir. Əlavə vaxt da oyanmaq bizim üçün daha da ağır oldu. Amma çalışırıq ki, onu bərpa edək. Futbolçular çətin olsa belə, buna dözməlidirlər.
- "Qarabağ"ı keçib finala çıxdığınıza görə komandaya mükafat verildi?
- Xeyr, hələ verilməyib. Ümid edirəm ki, rəhbərlik öhdəsinə düşəni edəcək. Futbolçular həqiqətən zəhmət çəkiblər. Bu gün kənardan asan görünə bilər, lakin "Qarabağ"ı yarımfinalda keçməyimiz böyük uğurdur. Son illər "Sumqayıt" "Qarabağ" və "Neftçi" kimi güclü klublarla yaxşı mübarizə aparır. Məncə, rəhbərlik bunu fikirləşib dəyərləndirəcək.
- Premyer Liqada növbəti oyununuz "Sabah"ladır. Hazırlıq necə gedir?
- Biz kubokun yarımfinal oyununu unudub, dərhal fikrimizi çempionata yönəltmişik. Bilirsiniz ki, bizim qarşıda 4 ağır oyunumuz var. Əgər yaxşı nəticə istəyiriksə, bu oyunlarda qələbə qazanmalıyıq. Əli Qurbani zədəlidir, Tellur Mütəllimov isə cəzalı durumda olduğuna görə oyunu buraxacaq. Ümumiyyətlə, komandada ab-hava yaxşıdır.
- Əli Qurbaninin durumu nə yerdədir?
- Bu gün onu müayinədən keçirəcəyik. Günün ikinci yarısından sonra daha dəqiq bilinəcək. Topu qəbul edərkən zədələnmişdi. Ümid edirik ki, bərpası çox çəkməz. Onun yoxluğu bizim üçün böyük itki olar. İnşallah, final oyununa qədər yaşıl meydanlara dönər.
- Sabah qapıda "Qarabağ"la oyunda inamlı çıxış edən Aydın Bayramov olacaq, yoxsa Mehdi Cənnətov?
- Biz onu belə təyin etmirik. Hər iki qapıçıya güvənirik. Sabah da seçim edəcəyik.
- Mayın sonlarında Azərbaycan milli komandasının toplanışı olacaq. Sizcə, Aydın Bayramov orada yerini haqq edirmi?
- Buna qərar verən milli komandanın məşqçiləridir. Mən həmişə deyirəm ki, hər iki qapıçıda böyük potensial var. Hər ikisi dəvət olunarsa, daha çox sevinərik. Çünki ikisi də əsas qapıçımızdır.
- “Sumqayıt”da maliyyə durumu nə yerdədir?
- Rəhbərlik öhdəsinə düşəni edir. Kimlərlə müqavilə bağlanıbsa, onların maaş və bonusları verilir. Bizim klubda elə bir problem olmayıb. Təbii ki, digər komandalarla müqayisə etsək, onlar qədər büdcəmiz yoxdur. Amma rəhbərlik öhdəsinə düşəni edir.
- Məhdud büdcə ilə bu cür komanda yaratmağı necə bacarmısınız?
- İlk növbədə rəhbərliklə qarşımıza qoyulan məqsəd üçün mövqelərə yaxşı oyunçular tapmışıq. Bu önəmlidir. İkincisi, burada kollektiv ruhu var, komanda ruhu var. Futbolçular, işçilər və bütün komanda üzvləri əl-ələ verib inamla addımlayır. Bundan başqa neçənci mövsümdür buradayam, çalışıb döyüşkən komanda yaratmışıq.
- Finalda "Keşlə" ilə qarşılaşacaqsınız. Sənan Qurbanovla ardıcıl ikinci il dueliniz olacaq. Revanş imkanınız var...
- Məşqçilər arasında revanş mənə qəribə gəlir. Çünki biz tez-tez qarşılaşırıq. Əlbəttə, final oyunudur, 1 oyundan ibarətdir. Hər ikimiz qalib gələ bilərik. "Keşlə" həqiqətən yaxşı klubdur, yaxşı oyunçuları var. Nəticəni hər an dəyişə biləcək futbolçulara sahibdir. Bunu yarımfinal oyununda göstərdilər. Bizim əsas məqsədimiz kuboku almaqdır. Futbolçularıma demişəm ki, biz buna layiqik.
- Avrokuboklara getmək şansınız çoxdur. Ötən mövsüm Premyer Liqa yarımçıq qaldı və sizin Avroliqaya təsadüfi getdiyinizi deyənlər oldu. İndi sübut etmək istəyirsiniz ki, bu, təsadüf deyil?
- Açığı, bizim bu məsələdə sübut etmək kimi fikrimiz yox idi. Biz öz işimizi görürük. Çünki ötən mövsüm çempionat pandemiyaya görə vaxtından əvvəl dayandı. Bəzi klubların etirazı oldu, bu da normal idi. Onların da iddiası var idi ki, avrokuboklara vəsiqə qazanarlar. Amma biz ötən il Avropa Liqasına təsadüf nəticəsində getmədik. 1 gün və ya 1 ay turnir cədvəlində uğurlu mövqedə olmadıq. Mövsümün əvvəlindən mübarizə aparırdıq. Bu ili də götürsək, mövsümün əvvəlindən həm biz, "Zirə" və digər klublar 3-4-cü yerlər uğrunda mübarizə aparır. Biz də birinci yerdə olmuşuq, "Zirə" də birinci yerdə olub, "Neftçi", "Qarabağ" da. Davamiyyət belə gedib. "Keşlə" finala çıxandan sonra hansına komanda kənarda qala bilər. Biz də ola bilərik, başqa komandalar da. Mövsümün əvvəlindən deyirəm ki, istəyirik avrokuboklara gedək, amma bu alınmasa, bizim üçün faciə olmayacaq. Bizim gördüyümüz iş göz önündədir. Kiməsə sübut üçün işləmirik. Sabitliyi qoruyuruq.
- "Sumqayıt" Avropada oynamağa hazırdır?
- Mənim ən böyük istəyim odur ki, hazırkı heyəti qoruya bilək. Bu, vacibdir. Keçən il heyəti 8 aparıcı futbolçu tərk etdi. Belə olanda biz məşqçilər çox çətinlik çəkirik. Deyirlər ki, gedib başqa futbolçu transfer ediləcək. Xeyr, belə asan deyil. Gələn futbolçunun uyğunlaşma prosesi var. Bu, vaxt aparan amildir. Ötən mövsüm Avroliqada rəqibimiz olan "Şkendiya" güclü idi. Daha sonra Makedoniya çempionu oldular. 1 oyundan ibarət olsa da, yaxşı mübarizə apardıq. Bu mövsüm də istədiyimiz mövqelərə transferlər etsək, düşünürəm ki, uğurlu olar.
- Yeni transferlər olacaq?
- Bu il hamının müqaviləsi bitir. O cümlədən mənim də. Klub rəhbərliyi ilə belə məsələ ilə bağlı hələ görüşlər olmayıb. Çünki buna özüm ehtiyac görmədim. Bu qədər oyunların içərisində hansına məsələ haqqında görüşməyə ehtiyac yoxdur. Təbii ki, çempionat bitəndən sonra görüş olacaq, təkliflər dinləniləcək. Gələn ilin maliyyə məsələləri, qarşıya qoyulan məqsədləri görəndən sonra qərar veriləcək. Bizim də planımız var, məqsədimiz var. Bunu zamanında müzakirə edəcəyik (qol.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi