29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ayxan Abbasov: “Rəqib xal qazansaydı...”

"Vacib 3 xal qazandıq. Rəqib xal qazansaydı, bizə çox çətin olacaqdı. İkinci hissədə futbolçularımız üstün, taktiki cəhətdən düzgün oynadılar. Komandamı və azarkeşlərimizi təbrik edirəm. Sonadək vuruşacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turunda evdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, bu mövsüm ilk dəfə "Qəbələ" üzərində qələbə qazandıqlarını bildirib. Baş məşqçi "Qarabağ"a 1:4 hesabı ilə uduzmalarına rəğmən, yaxşı oyun sərgilədiklərini söyləyib: "Belə məğlubiyyətlərdən sonra komandanın toparlanması, ruhunun yerində olması önəmlidir. Məncə, bunun öhdəsindən layiqincə gəldik".

Abbasov Camaləddin Xocaniyazovun vəziyyətinə sabah aydınlıq gələcəyini diqqətə çatdırıb: "Ümid edirik ki, yaxın zamanda bizimlə olacaq".

Baş məşqçi Rəhim Sadıxovun Ukrayna klubundan təklif alması xəbərinə də aydınlıq gətirib: "Onun bizimlə hələ müqaviləsi var. Bu haqda məlumatım yoxdur. Hansı klub istəsə, ilk növbədə, bizə müraciət etməlidir".

Abbasovun sözlərinə görə, komandada kimin qalıb-qalmaması büdcədən asılıdır: "Bu gün hansısa futbolçuya rahatlıqla qalmasını təklif edə bilmirik. Çempionat bitdikdən sonra rəhbərliklə söhbət edəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31