29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qarabağ"la görüşdə iki 90 dəqiqənin gücünü sərf etdik”

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqansının 23-cü turunda "Qarabağ"la oyundan (1:1) sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, bu gün qızıl xal qazandıqlarını bildirib: "Hər xal bizim üçün çox önəmlidir. "Qarabağ"la görüşdə iki 90 dəqiqənin gücünü sərf etdik. Ağır oyun oldu. Xal qazanacağımıza inanırdıq. Son matçlarda əzmkarlıqla seçilirdik. İlk hissədə hesabda önə keçdik, amma qol buraxdıq".

Baş məşqçi qapıçı Kamran Ağayevin məşqlərdə zədə aldığını və bu səbəbdən də adının iştirak ərizəsində olmadığını vurğulayıb.

O, 2 ay maaş ala bilməyən futbolçuları oyuna necə köklədiyi ilə bağlı sualı isə belə cavablandırıb: "Sevindirici haldır ki, oyunçular inamla oyuna çıxır. Onlar peşələrini çox sevir. İnanıram ki, gələcəkdə onların zəhməti yerdə qalmayacaq. Bu gün ola bilsin, nəsə itirirlər. Amma sabah qazanacaqlar. Hər oyuna çıxıb yaxşı nəticə göstərəndə onların qiyməti qalxır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31