8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Anatoli Nuriyev: “Ronaldoya qarşı oynamaq xoş idi”

Ukraynanın “Minay” klubunda çıxış edən Anatoli Nuriyev milli komandamızdakı debütündən danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya və Serbiya ilə matçlarla bağlı bunları deyib:

“Təəssüratlarım əlbəttə ki, müsbətdir. Orada olduğum zaman kimlə eyni meydanda oynayacağımı həqiqətən başa düşmədim. Duyğular bir az azaldıqda, Kriştiano Ronaldo, Bruno Fernandeş, Tadiç kimi futbolçulara və həqiqətən Portuqaliya və Serbiya yığmalarına qarşı oynamağın nə qədər şərəfli olduğunu anladım. Bunun çox yaxşı bir təcrübə və yaxşı duyğular olduğunu başa düşdüm”.

Nuriyev Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqda da danışıb: "Ronaldo haqqında nə deyə bilərəm? Bunu deyəcəyəm - onu izləmək maraqlı idi. Bu, çox şey qazanan adamdır. Ona qarşı oynamaq gözəl idi”.

Nuriyev fərqli mövqelərdə üç oyuna çıxdığını söyləyib: "Portuqaliya ilə görüşdə sol cinah yarımmüdafiəçisi, Qətərlə matçda hücumçunun arxasında, Serbiya ilə oyunda isə 2-ci forvard kimi çıxış etdim. Sonuncu variantı daha çox bəyənirəm və baş məşqçi də məni bu mövqedə görür".

Millimizin üzvü DÇ-2022-de Serbiyaya qarşı oyunun daha çətin keçdiyini vurğulayıb: "İlk hissədə qaçdıq, müdafiə olunduq, ikinci hissədə oyunu, kombinasiyaları düzəltmişdik, topa daha çox sahib olduq. Ancaq ümumiyyətlə, olduqca çətin bir matç oldu. buna baxmayaraq xal ala bildik. Oynadığımız stadionları da xatırlayıram . "Yuventus" stadionu çox xoşuma gəldi - rahat və kiçik. Bakıdakı Olimpiya stadionu ilə yanaşı, Debresendəki stadionu da çox bəyəndim. İkincisində, ot örtüyü sadəcə gözəldir. Ümid edirəm ki, gələcəkdə də yığmaya çağırılmaq üçün yaxşı bir futbol göstərməyə davam edəcəyəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30