8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qarabağ”ın futbolçusu: “Sumqayıt”la oyunda müsbət nəticə qazanmaq istəyirik”

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov klubun saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, Hüseynov Premyer Liqanın 21-ci turunda “Keşlə” ilə oyunu (1:1) şərh edib və növbəti turda qarşılaşacaqları “Sumqayıt”la görüşə ciddi hazırlaşdıqlarını deyib:

“Keşlə” ilə oyunumuz olduqca gərgin mübarizə şəraitində keçdi. Oyuna yaxşı köklənmişdik. Qələbə qazana bilməsək də, sona qədər mübarizə apardıq və bir xal qazandıq. Fikrimcə, oyunumuz yaxşı alındı. “Keşlə” öz evində yaxşı mübarizə aparan komandadır. Növbəti matçımız evdə “Sumqayıt”la olacaq. Bu oyunumuz da çətin keçəcək. Görüşə olduqca ciddi hazırlaşırıq. Önəmli oyunçularımızdan zədəli olanlar var. Buna baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıb, müsbət nəticə qazanmaq istəyirik”.

Aprelin 11-i “Azərsun Arena”da keçiriləcək “Qarabağ” - “Sumqayıt” oyunu saat 19:15-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30