8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Şeydayev: "Sevinirəm ki, mənə güvənən baş məşqçi gəldi"

Milli komandamızın və “Sabah”ın hücumçusu Ramil Şeydayevin müsahibəsi

- "Sabah" 100 günlük fasilədən sonra qalib gəldi. Hansı keyfiyyətlər sayəsində sindromu qıra bildiniz?

- Oyunçuların fədakarlığı, böyük istək və düzgün şəkildə qoyulan oyun ən yüksək səviyyədə idi. Sözsüz ki, bizdə hələ hər şey alınmır, amma inşallah, hər tur daha yaxşı təsir bağışlayacağıq.

- Ramil Şeydayev nəhayət, yenidən hadisələrin mərkəzində oldu. Bu qol sənin üçün nə deməkdi?

- Bu qol mənim üçün ilk növbədə komanda üçün 3 xal deməkdi. Çox şadam ki, bu qələbəyə töhfə verə bildim.

- Özünəinam artdı?..

- İndi də özümə çox əminəm!

- Ramin Quliyevin baş məşqçi postuna təyinatı komandanın oyununa güclü təsir göstərdi?

- Fikrimcə, bəli. Fasilədən sonra qələbə ilə başladıq və bu, çox müsbət məqamdı. Ümid edirəm ki, gələcəkdə hər şey bizim üçün uğurlu olacaq.

- Baş məşqçiniz oyunsonrası mətbuat konfransında sənin çıxışınla bağlı sualı cavablandırarkən "Yaxın gələcəkdə fərqli Ramil Şeydayevi görəcəksiniz" söyləyib. Yəqin razılaşarsan ki, baş məşqçinin etibarı az rol oynamır?

- Sevinirəm ki, mənə güvənən baş məşqçi gəldi. Mən də öz növbəmdə onun ümidlərini doğrultmaq üçün bütün bütün səylərimi göstərirəm.

- Ramil, turnir cədvəlində vəziyyətiniz çətin sizi razı salar. Fikrincə, mövsümün sonunda ilk dördlüyə düşməyiniz realdı?

- Əlbəttə, realdı. Bəli, bunu həyata keçirməyin asan olmayacağını gözəl başa düşürük, amma bunun üçün bütün gücümüzü qoyacağıq.

- Qarşıda "Səbail"lə matç gəlir. Qələbəyə "stavka" edəcəksiniz?

- İndi bizim üçün istənilən matç qələbəyədi, digər variant sadəcə, yoxdu. Bu, alınacaq, ya yox, bunu artıq çempionatın sonunda görəcəyik.

- Söhbətimizin sonuna milliyə toxunmaq istərdim. Azərbaycan azarkeşi qrupun əsas favoritlərinə iki məğlubiyyətdən sonra nəyə ümid edə bilər?

- Oyunumuzu inkişaf etdirəcəyik və inşallah, növbəti qarşılaşmalarda mümkün qədər çox xal toplayacağıq (Sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30