28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Elmar Baxşıyev: "İmkanım olsaydı, özüm qol vurardım"

"Sabah" sonuncu yerdə olsa da, heyətində keyfiyyətli futbolçular var. Ümumi düşündüyümüz kimi komandanı ağır oyuna hazırlayırdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqanın 21-ci turunda səfərdə "Sabah"a minimal hesabla məğlub olduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

O bildirib: "Komanda bu gün verilən tapşırığı yerinə yetirmək üçün maksumum çalışırdı. 90 dəqiqə komanda hücum edir, bu, mənim istəyimdir. Baxmayaraq ki, məğlub olmuşuq, komandanın oyunundan razı qaldım".

Baxşıyev son nöqtəni qoya bilmədiklərindən söhbət açıb: "İmkanım olsaydı gedib özüm qol vurardım. Amma mən kənardayam. Yənə deyirəm, yaxşı futbolçularımız çoxdur, şanssızlıq, bəzən adi stress vəziyyətində hücumu tamamlaya bilmirik. Oyun ərzində hücum etdik, çoxsaylı hücumlar yaratdıq. Bunu yaratmaq özü güc tələb edir. Planlı şəkildə hücuma çıxırıq, tamamlaya bilmirik".

O, eyni zamanda, məğlubiyyətdə özünü günahkar sayıb: "Komanda uduzubsa, ilk növbədə məsuliyyəti daşıyan məşqçidir, amma komandanın oyun planında problem görmürəm, epizodları həmişə dəyərləndirə bilmirik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31