28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” U-21-ə qalib gəldi

“Qəbələ” növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” milli komandaların görüşləri ilə bağlı Premyer Liqada yaranan fasilə dövründə ikinci sınağına çıxıb. Komanda Azərbaycanın U-21 yığması ilə görüşüb. Baş məşqçi Elmar Baxşıyev “Bakcell Arena”dakı qarşılaşmaya aşağıdakı start heyətinə şans verib: Tərlan Əhmədli, Sadiq Quliyev, İdris İnqilablı, Yaovi Akakpo, Ştefan Vukçeviç, Asif Məmmədov, Rafael Utriq, Cavid Hüseynov, Faiq Hacıyev, Ülvi İsgəndərov, Vinko Medimoreç

Matçın ilk yarısı daha məhsuldar alınıb. Öncə Ülvi İsgəndərov, ardınca Yaovi Akakpo qol sevinci yaşayıb. Milli komanda fasiləyədək iki top vuraraq hesabda tarazlıq yaradıb. “Qəbələ” ikinci hissəyə Tərlan Əhmədli, Murad Musayev, Yurgen Qoxa, Ehtiram Şahverdiyev, Yusif Nəbiyev, Merab Qiqauri, Kamal Mirzəyev, Rövlan Muradov, Gülağa Əsədov, Emil Səfərov və Ceyms Adeniyidən ibarət “11-lik”lə başlayıb. Hissənin ortalarında Ceyms Adeniyi penalti zərbəsi ilə “Qəbələ”ni yenidən önə çıxarıb – 3:2. Bu görüşdə vurulan son qol olub.

Xatırladaq ki, üç gün öncə “Qəbələ” “Zirə” ilə yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31