Ölkə futbolu
Subaşiç: "Azərbaycan, yoxsa Serbiyaya azarkeşlik edəcəyimi bilmirəm"
"Bakıya Serbiya Futbol İttifaqının dəvəti ilə gəlmişəm. Sağ olsunlar ki, məni yaddan çıxarmayıblar".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç DÇ-2022-nin seçmə mərhələ oyunu üçün Serbiya yığması ilə paytaxtımıza səfəri barədə danışarkən deyib.
Veteran hücumçu fərqli hisslər keçirdiyini bildirib: "Çoxdandır Bakını görmürdüm. Şəhər yaxşı mənada çox dəyişib. Həm böyüyüb, həm də gözəlləşib. Hələ də şokdayam. Burada necə gözəl binalar tikilib! Bu gün şəhəri doyunca gəzəcəyəm. İmkan olsa, buradakı dostlarımla da görüşəcəyəm. Ən çox Bakı və onun havası üçün darıxmışam".
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla bağlı fikirlərini bölüşən Subaşiç hər iki komanda üçün çətin olacağını vurğulayıb: "Serbiya millisi yeni baş məşqçi Draqan Stoykoviçin gəlişindən sonra çox yaxşı oynayır. Qrupdakı ilk 2 matçı yüksək səviyyədə keçiriblər. Sabah bizi maraqlı oyun gözləyir. Serbiyanın favorit olduğunu söyləmək olar. Amma futbolda hər şey mümkündür. Azərbaycan millisi bütün gücü və konsentrasiyası ilə mübarizə aparsa, istənilən nəticə qeydə alına bilər".
39 yaşlı keçmiş forvard hansı komandaya azarkeşlik edəcəyini bilmir: "Hər iki komanda mənə doğmadır. Görək, necə olur. Yaxşı və baxımlı oyuna azarkeşlik edəcəyəm".
Subaşiç Azərbaycan millisinin məşqçilər heyətindən heç kimin Serbiya yığması barədə məlumat almaq üçün onunla əlaqə saxlamadığını söyləyib: "Düşünürəm ki, buna ehtiyac da yoxdur. Ümumiyyətlə, mən özüm belə şeylərə qarşıyam. Hər iki yığmanın baş məşqçisi rəqibi kifayət qədər yaxşı tanıyır".
Vaxtilə formasını geyindiyi Azərbaycan millisinin hazırkı heyəti barədə danışan veteran futbolçu komandanın kifayət qədər gəncləşdiyini bildirib: "Yığma, əsasən, gənc oyunçulardan təşkil olunub. Aralarında yaxşı futbolçular var. Bizim dövrümüzdəki komanda ilə indikini müqayisə etmək bir qədər çətindir. Çünki hər dövrün öz komandası olur".
Subaşiç gələcəkdə Azərbaycan millisində işləmək istəyini gizlətməyib: "Mənim üçün Serbiya yığmasında çalışmaq çətin olar. Amma AFFA-dan təklif olsa, futbolun inkişafına kömək etməyə hər zaman hazıram".
Qeyd edək ki, 2007-2013-cü illərdə Azərbaycan millisində çıxış etmiş Branimir Subaşiç yığmada keçirdiyi 39 oyunda 7 qol vurub. O, "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ" komandalarının da şərəfini qoruyub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
10:00
Azərbaycan millisi Ermənistana qarşı
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...