8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Təəssüf ki, Qətər və Serbiya ilə oyunlar ərəfəsində bu cür dezinformasiya ilə qarşılaşmalı oluruq"

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya - Azərbaycan matçından sonra millimizin futbolçularına minimal  hesablı məğlubiyyətə görə mükafat vəd olunduğu barədə məlumatlar yayılmağa başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məsələyə aydınlıq gətirib.

O, heç bir mükafatdan söhbət getmədiyini vurğulayıb: "Milli komandanın qələbə və heç-heçəyə görə mükafat ala biləcəyini dəqiq göstərən protokol var. Bu vəziyyətdə - hazırkı Avropa çempionu ilə görüş olsa belə - milli komanda minimal hesabla məğlub oldu. Çox təəssüf edirəm ki, Qətər və Serbiya ilə oyunlar ərəfəsində bu cür dezinformasiya ilə qarşılaşmalı oluruq" (Sport24.az).

Xatırladaq ki, millimiz Qətərlə yoldaşlıq görüşünü bu gün Macarıstan Debretsen şəhərində, Serbiya yığması ilə rəsmi matçını martın 30-da Bakıda keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30