29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Kevin Medina: “Rəqiblər bizə qarşı fərqlimotivasiyada hazırlaşırlar”

“Qarabağ"ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, komandasının hazırlıq prosesi barədə danışıb: "Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yığmalarına dəvət almayan futbolçular üçün yaxşı fürsət yaranır. Bu dönəm öz üzərimizdə işləmək və çatışmayan cəhətləri aradan qaldırmaq üçün yaxşı hesab edilməlidir. Elə bu vaxt mənim üçün də göydəndüşmə oldu. Məlum səbəblərdən bir müddət rəsmi oyunlardan kənar qaldım. Oyun ritmini bərpa etmək və matçlara hazır olmaq üçün əlverişli zamandır. Məşqlərimiz öz axarında davam edir və bundan maksimum yararlanmağa çalışırıq".

Medina komandasının Premyer Liqadakı çıxışına da toxunub: “Oyunlar getdikcə daha da çətinləşir. Komandalar bizə qarşı fərqli əhval-ruhiyyədə, motivasiyada hazırlaşırlar. Bu baxımdan oyunlar bizim üçün çətin keçir. Buna baxmayaraq, bizim hədəflərimiz dəyişmir. Növbəti oyunlarda maksimum xallar qazanmağa çalışacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31