29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” millimizlə qarşılaşacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarına martın 18-də start verəcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 20-ci turun “Zirə” ilə görüşündən (1:1) sonra üç günlük istirahəti başa vuran “qırmızı-qaralar” məşqlərə sabah başlayacaq.

Komanda fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. "Qırmızı-qaralar" martın 25-də “Zirə” ilə üz-üzə gələcək. “Qəbələ” ikinci sınaq matçını 4 gün sonra keçirəcək. Elmar Baxşıyevin komandası Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşacaq. U-21-lə görüş “Dalğa Arena”da olacaq.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 4-də səfərdə “Sabah”a qarşı keçirəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31