9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu"

Afrika Millətlər Kubokunun Kamerun və Mozambiklə seçmə mərhələ oyunları üçün Kabo-Verde millisinə dəvət alan "Qarabağ"ın futbolçusu Patrik Andrade klubun saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi milliyə dəvət almasında Ağdam təmsilçisindəki uğurlu çıxışının əhəmiyyətli rol oynadığını bildirib:

"Çox sevincliyəm. Futbolçu karyerama başlayandan bəri həmişə arzum Kabo-Verde millisinin şərəfini qorumaq olub. Nəhayət, bu arzum reallaşıb. "Qarabağ"dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu. Məhz bu komandaya keçəndən sonra Kabo-Verde yığmasına dəvət aldım. Afrika Millətlər Kubokunun seçmə mərhələsində iki oyun keçirəcəyik. Kamerunu evdə qəbul edəcəyik. Ölkəmdə oynamaq məni daha da sevindirir. Ümid edirəm ki, yığmaya müntəzəm dəvət alacağam. Bunun üçün də daim çalışmalı və məşqçilərin diqqətində olmalıyam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30