9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qəbələ" - "Səbail": 16-cı duel

Azərbaycan Premyer Liqasında 19-cu turunda “Qəbələ” öz meydanında “Səbail”lə görüşəcək.

Futbolxeber.az-ın “qırmızı-qaralar”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ şəhər stadionundakı qarşılaşma iki komanda arasında 16-cı matç olacaq.

Əvvəlki 15 oyunda 8 qələbəsi olan “Qəbələ” 4 görüşdən sülhlə ayrılıb. Yalnız üç dəfə uduzan komanda top fərqində də üstündür - 28:16. “Səbail”lə matçlarda Baqali Dabo hamıdan çox - 6 qola imza atıb.

“Qəbələ” paytaxt təmsilçisi ilə 13 dəfə çempionat, 2 dəfə kubok duelinə çıxıb. Premyer Liqada 6 qələbə qazanan “qırmızı-qaralar” 4 dəfə bir xalla kifayətlənibsə, bakılılar 3 matçda qalib gəlib. 23 qol vuran “qırmızı-qaralar” 14 top buraxıb.

“Qəbələ” öz meydanındakı 7 görüşdə uduzmayıb. 5 qələbəsi olan komanda 2 dəfə heç-heçə edib. Meydan sahiblərinin 14 qol vurduğu görüşlərdə qonaqlar 4 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.

Xatırladaq ki, martın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Səbail” matçı saat 15:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30