9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qarabağ”: 17 ilin ən yaxşısı, tarixin 15-cisi

Azərbaycan Premyer Liqasının 18 turundan sonra çempionatın ən məhsuldar komandası 42 qol vuran “Qarabağ”dır.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,33-ə bərabərdir. Bu, son 17 mövsümün mütləq rekordudur.

2004-cü ildən sonra heç bir komanda ilk 18 turda bu qədər qol vurmayıb. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 18 turda 51 qol vurub.

Ümumiyyətlə isə Ağdam təmsilçisinin cari mövsümdəki göstəricisi ölkə çempionatları tarixində 15-ci nəticədir. Rekord isə 1998/99 mövsümündə qeydə alınıb. “Kəpəz” 18 oyundan sonra 63 qol vurub. İkinci nəticəyə də sahib olan gəncəlilər 1995/96 mövsümündə 60 dəfə fərqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30