9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Millimizin məşqçisi: “Azərbaycanda futbol daim inkişaf edir”

Millimizin məşqçisi Klaudio Beluççi İtaliya mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Canni De Byazinin köməkçisi olan 46 yaşlı mütəxəssis Azərbaycandakı işindən danışıb:

“Hazırda çox yaxşı işləyirik. Yığma ilə Millətlər Liqasında çıxışımızı başa vurduq. İndi bizi dünya çempionatının seçmə mərhələsində çətin oyunlar gözləyir. Uğur qazanmaq üçün komandadan ən yaxşısını almağa çalışacağıq. Məqsəd həmişə inkişat etməkdir".

O, millimizin DÇ-2022-nin seçmə mərhələsindəki qrupunun çətin olduğunu bildirib: "Əvvəl Portuqaliya, daha sonra isə Serbiya ilə oynayacağıq. Burada futbol daim inkişaf edir. "Qarabağ" Çempionlar Liqasının qrupunda "Roma" ilə oynayıb. Digər Avropa ölkələrinin səviyyəsinə çatmağa vaxt lazımdır. Amma uğur qazanmaq üçün böyük istək var. Canni De Byazidən çox məmnunam. Bir-birimizi dərhal başa düşürük. Ondan çox şey öyrənirəm. Özümü buradakı mühitə bağlamışam. İnanıram ki, uzun müddət burada qalacağam".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30