8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Qurban Qurbanov: “Bu barədə danışmaq bizə yaraşmaz”

"Bu gün sadəcə qol çatmadı. Futbolçularımdan çox razı qaldım. Hər matç bizə böyük təcrübə verir. Daha da yaxşı olmalıyıq ki, belə görüşlərdə qalib gələk".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, nəticənin ədalətli olmadığını bildirib: "Bu qədər qol epizodundan sonra qalib gəlməmək ədalətsizlik sayıla bilər. Amma inanıram ki, bunun qarşılığını görəcəyik".

Baş məşqçi transfer etmədiklərinə görə təəssüf hissi keçirmədiyini söyləyib: "Hamı oyunçu axtarışındadır. Pandemiya ilə bağlı ciddi dəyişikliklər oldu. Əlimizdəki futbolçuları qoruyub saxlamaq vacib idi".

Qurbanov Abbas Hüseynovun cərimə meydançasında yıxıldığı epizodu şərh edib: "Özüm təkrarına baxmamışam. Sadəcə toxunuş səsi gəldi. Bu oyunda hakim üçün idarəçilik çətin idi. Yan hakim epizodu daha düzgün görə bilərdi. Deyilənə görə, Patrik Andradenin epizodunda penalti var idi. Amma bu barədə danışmaq bizə yaraşmaz. Futbolçulara bəhanə vermək istəmirəm".

Mütəxəssis Kevin Medinaya cəza verdiklərini vurğulayıb: "Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir” (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30