9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

“Mən “Sabah”ın prezidenti deyiləm”

"Birinci hissədə qol imkanlarımız demək olar ki, kifayət qədər çox olmadı. Ön xətdə çoxala bilmədik. Rəqib bizim səhvimizdən yararlanıb qol vurdu. İkinci yarıda isə hesabı dəyişməyə çalışdıq, yenə öz səhvimizdən qapımızda qol gördük və istəmədimiz məğlubiyyət aldıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın 16-cı turunda səfərdə "Səbail"ə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransında deyib.

O, klub rəhbərliyinin uğursuz çıxışına görə ona qarşı humanist addım atmasına da münasibət bildirib: "Bunu rəhbərlikdən soruşsanız, daha düzgün olar".

İspaniyalı baş məşqçi ölkə kubokunun 1/8 finalında "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra rəhbərliklə görüşünün olduğunu söyləyib: "Mən demək olar ki, rəhbərliklə hər həftə danışıram. Sadəcə, "Kepəz"lə dueldəki məğlubiyyətdən sonra yox. Hər həftə əlaqədəyik".

Qomes "Sabah"dakı işindən razı olmadığını sözlərinə əlavə edib: "Ümumi oyundan da narazıyam. Buraxılan qola görə hansısa oyunçunu günahlandırmaq istəmirəm. Şəxslər barəsində danışmaq istəmirəm. Mən daxil əsas və ehtiyat oyunçular - hamımız daha çox şeylər edə bilərik və etməliyik”.

Mütəxəssis "siz, "Sabah"ın prezidenti olsaydınız, belə nəticələr qazanan baş məşqçini postunda saxlayardınız" sualına belə cavab verib: "Mən klub prezidenti deyiləm. Heç vaxt olmayacam. Yəqin ki, belə təcrübəm də olmayacaq” (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30