28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Bordin: "Neftçi" ilə bağlı gözəl xatirələrim var"

"Möhkəm peşəkar münasibətlər qurduğum insanlar var. Bunlar mənim tərcüməçim və fitness məşqçimdir. Biz artıq bir-birimizi başa düşürük və ümid edirəm ki, bu, yığma ilə işimə də məhsuldar təsir göstərəcək".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Moldova millisinə yenicə baş məşqçi təyin olunmuş Roberto Bordin deyib.

İtaliyalı mütəxəssis vaxtilə Moldova "Şerif"i və "Neftçi"də birgə çalışdığı insanlara təşəkkür edib: "Bu o demək deyil ki, digərlərini xatırlamıram. Hər kəsə minnətdaram. Həm "Şerif"də, həm də "Neftçi"də birlikdə işlədiyim insanlara görə də bəxtim gətirib".

56 yaşlı baş məşqçi "Neftçi" ilə bağlı gözəl xatirələri olduğunu bildirib: "Mövsümə yüksək notlarla başladıq. İlk yarım ildə birinci pillədə idik. Hətta "Qarabağ"la 6 xallıq fərqimiz var idi. Amma mövsümün sonlarına doğru xallar itirməyə başladıq. Nəticədə liderliyi əldən verdik. Hər şey öz günahımızdan oldu, özümüz səhv etdik. Amma bu da uzun illər ərzində "Neftçi" üçün tarixi uğur idi. Avrokuboklarda da eyni hal yaşandı".

Qeyd edək ki, Roberto Bordin 2018-2020-ci illərdə "Neftçi"yə başçılıq edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31