28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Anatoli Nuriyev: “Azərbaycan millisi ilə bağlı indi şərh vermək tezdir”

Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyevin müsahibəsi

- Azərbaycanla nə kimi bağlılığınız var?

- Mən 1996-cı ildə Ukraynanın Mukaçevo şəhərində anadan olmuşum. Burada doğulsam da, Azərbaycanla bağlılığım var. Atamın babası azərbaycanlıdır.

- Nə vaxtsa Azərbaycanda olmusunuz?

- Xeyr, indiyədək heç vaxt bu ölkədə olmamışam.

- Burada qohumlarınız var?

- Deyəsən, hazırda orada yaşayan yaxınlarımız var. Amma ailələr arasında əlaqə, gediş-gəliş yoxdur.

- Futbola necə gəlmisiniz?

- Futbola Mukaçevo şəhərinin "Sokolyat" komandasında başlamışam. 2013-2016-cı illərdə "Hoverla"da oynadıqdan sonra "Stal" klubuna keçmişəm. 2018-ci ildən isə "Minay"da çıxış edirəm.

- AFFA-dan Azərbaycan millisində oynamaqla bağlı təklif almısınız. Hazırda məsələ nə yerdədir?

- Hələ milli komanda ilə bağlı suala cavab vermək istəmirəm. Qəti qərar verildikdən sonra bu barədə danışmaq olar. İndi şərh vermək tezdir.

- Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Antalyada oyununuzu izləyib və çox bəyənib. Onunla görüşmək imknanınız oldu?

- Az öncə də dediyim kimi, milli barədə danışmaq istəmirəm. Məsələ həllini tapsın, sonra istədiyiniz suala cavab verəcəyəm.

Mənbə: report.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31