28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Kamran Quliyev: "Qarabağ" üzərində qələbə bizi arxayınlaşdırmamalıdır"

“Qarabağ”la oyunda komandamız əsl “Neftçi” adına layiq oyun sərgilədi və sonadək mübarizə apardı".

Futbolxeber.az saytının məlumatına görə, "Neftçi"nin prezidenti Kamran Quliyev Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV turunun oyunu barədə danışarkən deyib.

Funksioner bildirib ki, Ağdam təmsilçisi ilə görüşdə qələbə qazanmaq çox vacib idi: "Bunun öhdəsində gələ bildik. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib gəldiyimizə görə çox şadıq. Amma bu nəticə komandanı arxayınlaşdırmamalıdır".

K.Quliyev baş məşqçi Samir Abasov və futbolçulara güvəndiyini vurğulayıb: "Bu görüş artıq arxada qaldı. Növbəti oyuna hazırlaşmaq lazımdır. Baş məşqçimizə və futbolçularıma inanıram. Ümid edirəm ki, onlar "Neftçi" ailəsini növbəti qarşılaşmalarda da qələbələri ilə sevindirəcəklər".

Qeyd edək ki, "Qarabağ" üzərində qələbədən sonra xallarını 30-a çatdıran "Neftçi" liderliyə yüksəlib (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31