28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Neftçi”nin yeni hücumçusu: "Mövsümün sonunda çempion olacağıq"

Bolqarıstanlı hücumçu Ahmed Ahmedov “Neftçi”yə keçidini şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, klub televiziyasına açıqlamasında o, “Neftçi”də oynayacağı üçün xoşbəxt olduğunu bildirib: “Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, xeyirlisi olacaq və mövsümün sonunda çempionluq əldə edəcəyik. "Neftçi" böyük klubdur. Bu komandada daha yüksək nailiyyətlər qazanacağımıza ümidvaram".

Hələ ki “Neftçi”də forma nömrəsi seçmədiyini bildirən 25 yaşlı forvard Bakıya gələn həftə gələcəyinə ümid etdiyini deyib: "Bu, sənədləşmə işlərinin tamamlanacağı vaxtdan asılıdır. Ən qısa zamanda yeni komandama qoşulacağam".

Yeni transfer danışmağı çox sevmədiyini vurğulayaraq, həftə sonu keçiriləcək “Qarabağ” - “Neftçi” oyunu ilə bağlı qısaca deyib: “İnanıram ki, klubum səfər oyunundan qalib ayrılacaq və mövsümün sonunda qızıl medalları qazanacağıq. Uğurlu olmağa çalışacağam".

Hücumçu "Neftçi"yə keçidinin 1 günün içində reallaşdığını diqqətə çatdırıb: "Fevralın 9-da ÇSKA rəsmiləri ilə bir araya gəldik. Hər şey qısa müddətdə həll olundu. Klublar öz aralarında anlaşdıqlarından, mənim üçün də razılıq vermək çətin olmadı. Transferimə ÇSKA-nın prezidenti razılıq verdi. "Neftçi"nin prezidenti ilə də danışdıq və məsələ qısa müddətdə həllini tapdı. Başqa klubların mənimlə maraqlanıb-maraqlanmadıqları önəmli deyil. Əsas məsələ odur ki, artıq "Neftçi"dəyəm".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31