29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Elmar Baxşıyev: “Sonda keyfiyyət sözünü dedi”

"Kubok oyunları 2 matçdan ibarətdir. Rəqibin səviyyəsi göz önündədir. Əzmkarlıq sayəsində müqavimət göstərmək istəyirdik. Sonda keyfiyyət sözünü dedi. Bununla belə, komandamın oyununa görə şadam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, bütün futbolçulardan istifadə etdiyini söyləyib: "Bu gün üçün ən optimal heyət budur. Murad Musayevə də şans verəcəyik. Bütün günahı müdafiəçilərin üstünə atmaq düzgün deyil. Biz oyuna öz prizmamızdan hazırlaşırıq. "Qarabağ" imkan verdiyi qədər oynadıq".

Baxşıyev növbəti mərhələ şanslarının davam etdiyini bildirib: "Şans həmişə var. Cavab matçına daha motivasiyalı çıxacağıq. Əlimizdən gələni edəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31