29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qarabağ” - “Qəbələ”: 58-ci duel

"Qəbələ” Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək ilk görüş rəqiblərin 58-ci dueli olacaq.

“Qəbələ” və “Qarabağ” indiyədək 57 dəfə qarşılaşıb. 12 qələbəsi olan “qırmızı-qaralar” 19 heç-heçə edib. 26 oyunda ağdamlılar qalib gəlib. Əvvəlki görüşlərdə 49 qol vuran “Qəbələ” 76 top buraxıb.

48 dəfə Premyer Liqada görüşən rəqiblər Azərbaycan kubokunda 10-cu görüşə çıxacaq. Kubokda 5 dəfə yolları kəsişən komandalar 9 matç keçirib. Üç dəfə 1/4, bir dəfə yarımfinal və bir dəfə finalda “Qarabağ”la üz-üzə gələn “Qəbələ” iki dueldə qalib olub. “Qırmızı-qaralar” bir dəfə yarımfinal, bir dəfə finala vəsiqəni ağdamlılarla görüşlərdə qazanıb. Bu oyunlarda hərəyə 2 qələbəsi olan komandalar 5 heç-heçə edib. 7 qol vuran futbolçular 8 top buraxıb.

29-cu dəfə “Qarabağ”ın qonağı olacaq “qırmızı-qaralar” səfərdə 5 qələbə, 9 heç-heçəyə imza atıb. 15 dəfə meydan sahibləri qalib gəlib. Rəqib qapısına 20 dəfə yol tapan qonaqlar 43 top buraxıb.

Xatırladaq ki, fevralın 1-də keçiriləcək “Qarabağ” - “Qəbələ” matçı Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Görüş saat 18:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31