29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Yunis Hüseynov: “Keşlə”nin çıxışını uğursuz saymazdım”

Bu gün “Keşlə”nin baş məşqçisi vəzifəsindən istefa verən Yunis Hüseynov açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis paytaxt təmsilçisi ilə yolları ayırmasının səbəbinin komandanın uğursuz çıxış etməsində olmadığını bildirib:

“Keşlə”dən ayrılmağımın səbəbi yoxdur. Klub rəhbərliyi ilə münasibətim əladır və bundan sonra da əla olacaq. Sadəcə, özüm istefa verdim, çıxdım. Buna uğursuzluq demək olmaz. Komandanın ümumi nəticəsinə mövsümün axırında baxmaq lazımdır. Kimsə deyirsə, uğursuzluğa görə istefa vermişəm, yəqin ki, o adam Yunis Hüseynovu həzm edə bilmir. Mən komandanın çıxışını uğursuz saymazdım. Hələ qarşıda 14 tur var".

Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Azərbaycan Premyer Liqasında 14 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşmışdı (qol.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31