Ölkə futbolu
Kubokun son qalibi üçün 16-cı start: 67-ci oyun, 20-ci rəqib
Sabah Azərbaycan kubokunda 2020/21 mövsümünə start veriləcək.
Futbolxeber.az saytının məlumatına görə, 1/8 final mərhələsinin oyunları iki günü əhatə edəcək.
“Qəbələ” ikinci oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” I divizion təmsilçisi “Turan Tovuz”la üz-üzə gələcək. Elmar Baxşıyevin komandası 1/4 finala vəsiqə uğrunda görüşü səfərdə keçirəcək.
Bu qarşılaşma ilə “Qəbələ” ölkə kubokunda 16-cı dəfə mübarizəyə qoşulacaq. Ötən mövsüm koronavirus pandemiyası üzündən başa çatmadığı üçün Azərbaycan kubokunun son qalibi sayılan “Qəbələ” 2018/19 mövsümündə titula yiyələnib.
Turnirdə 2005/2006 mövsümündə debüt edən “qırmızı-qaralar” 1 dəfə qalibi olduğu (2018/2019) yarışda daha üç dəfə finalda (2013/2014, 2016/17, 2017/2018) oynayıb. Dörd mövsümdə yarımfinalçı (2007/2008, 2008/2009, 2015/16, 2019/20) olan “Qəbələ” ötən turnirdə bu mərhələyədək irəliləsə də, oyunlar baş tutmayıb. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran “qırmızı-qaralar” üç mövsümdə (2005/2006, 2006/2007, 2009/2010) yarışla daha erkən - 1/8 finalda vidalaşıb.
“Qəbələ” ölkə kubokunda 67-ci oyununa çıxacaq. İndiyədək keçirilən 66 qarşılaşmada “qırmızı-qaralar” 36 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapılarından 112 top keçirən futbolçular 55 qol buraxıb. Kubokdakı son 7 matçda meydanı qolsuz tərk etməyən “Qəbələ”nin davam edən qələbə seriyası 3 oyundan ibarətdir.
Azərbaycan kubokunda 195 futbolçu qırmızı-qara forma ilə meydana çıxıb. Urfan Abbasov hamıdan çox - 28 oyunda iştirak edib. Voislav Stankoviç 21, Cavid Hüseynov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı, Asif Məmmədov 16 dəfə şans qazanıb.
Ölkə kubokunda vurulan 112 qola 56 futbolçu imza atıb. İki top isə rəqib avtoqolu hesabına gerçəkləşib. “Qəbələ”nin kubokdakı bombardiri Kənan Kərimovun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənibsə, Viktor Mendi, İbrahim Hüseynov, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 qola sevinib.
“Qəbələ” tarixində ilk dəfə “Turan Tovuz”la qarşılaşacaq. Komanda indiyədək kubokda 19 rəqiblə üz-üzə gəlib. Tovuz təmsilçisi “qırmızı-qaralar”ın 20-ci rəqibi olacaq. “Qəbələ” daha çox - 9 dəfə “Qarabağ”la qarşılaşıb. AZAL və “Bakı” ilə 6, “Neftçi” və “Keşlə” ilə 5 oyun baş tutub.
Xatırladaq ki, yanvarın 25-də keçiriləcək “Turan Tovuz” - “Qəbələ” oyunu saat 14:00-da başlayacaq. Görüş Tovuz şəhər stadionunda oynanılacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”