29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Sumqayıt"dan ayrılan futbolçu: "Bakıya yük gəmisi ilə getmişdim"

"Belə qərara gəldik ki, yollarımızı qarşılıqlı razılıq əsasında ayıraq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın sabiq futbolçusu Kərəm Sultanov sports.kz-ya müsahibəsində "gənclik şəhəri" təmsilçisi ilə vidalaşması barədə danışarkən deyib.

25 yaşlı müdafiəçi təzminat məsələsi ilə bağlı suala qısaca belə cavab verib: "Heç kimin heç kimə borcu qalmadı".

Sultanov "Sumqayıt"la vidalaşamasının artıq çəki ilə bağlı olmadığını vurğulayıb: "Düzdür, sürətlə kökəlirəm. Burada koronavirus problemi də rol oynadı. Amma Azərbaycana gələn kimi normal məşq etməyə başladım, dərhal çəki atdım".

Premyer Liqa təmsilçisinə keçidi barədə da danışan müdafiəçi Azərbaycana yük gəmisi ilə gəldiyini xatırladıb: "Bəli, 2 gün gəmi ilə Aktaudan yol gəldim”. Sultanovun sözlərinə görə, özünü Azərbaycanda legioner kimi hiss etməyib: "Azərbaycan Premyer Liqasının səviyyəsi Qazaxıstan çempionatından heç nə ilə fərqlənmir. Hətta bizdə daha güclüdür. Orada isə sadəcə meydan və bu kimi digər şərtlər əladır. Ölkə, insanlar yaxşıdır. Dilimiz oxşardır. Danışmaq çətin olsa da, hərşeyi başa düşürdüm. Komandada rusca danışmırdılar".

Futbolçu ölkə xaricindən təkliflərinin olduğunu bildirib. Lakin o, ad çəkmək istəməyib: "Agentlər çox yazırlar, amma konkret bir şey yoxdur".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31