29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Neftçi"dən 3 hücumçuya təklif

"Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.

43 yaşlı mütəxəssis bildirib ki, onların hər üçü əcnəbidir: "Biri Macarıstanda oynayan gürcü futbolçudur. Dedi ki, çempionatınızı izləyirəm, amma gəlmək istəmirəm. Digəri İsveçrənin "Bazel" klubunun üzvüdür. Gənc olduğu üçün çox vaxt icarədə olur. Oyunçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər. Üçüncü hücumçu isə Ekvadorda çıxış edir, uruqvaylıdır. Klubu çox pul istədiyi üçün keçid baş tutmadı".

S.Abasov axtarışların davam etdiyini və daha bir forvardla danışıqlar apardıqlarını söyləyib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31