8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Millimizin sabiq üzvü: "Hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm"

"Qış fasiləsində hansısa kluba keçməyim real deyil. Hələ ki, ayağımın reabilitasiya prosesi davam edir. Tələsmirəm, tam hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Cavid Tağıyev deyib.

Son olaraq "Sabah"ın formasını geyinən 28 yaşlı yarımmüdafiəçi hansısa klubun onunla danışıq aparmadığını bildirib: "Mart ayında hansısa komandada 2 aylıq məşq etmək ehtimalım var. Amma bu da sadəcə ehtimaldır. Heç bir klubla danışıq olmayıb, ona görə də harada məşqlərə başlayacağımı bilmirəm".

Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Turan", AZAL, və "Zirə"də də çıxış edib. 2 dəfə Azərbaycan millisinin formasını geyinən oyunçu 2020-ci ilin sentyabrında Türkiyədə xaçvari bağlarından əməliyyat olunub ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30