7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

“Qarabağ”ın "Vilyarreal"la oyunu baş tutmayacaq

"Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı "Vilyarreal"la oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.

Futbolxeber.az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha iki futbolçu - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub.

Ötən testin nəticələri pozitiv olan 7 futbolçu - Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da nəticə eyni olub.

Bədavi Hüseynov və Patrik Andrade də zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqlərə bərpa etməyib.

Beləliklə UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək.

Bu isə o deməkdir ki, dekabrın 10-u “Qarabağ”ın "Vilyarreal"la matçı baş tutmayacaq və qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30