29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Neftçi" məşqləri dayandırdı

"Neftçi" məşqləri koronavirusa kütləvi yoluxmalarla əlaqədar dayandırılıb.

Futbolxeber.az saytının “Neftçi TV”yə istinadən verdiyi məlumata görə, bu günə və 5-6 dekabra nəzərdə tutulan hazırlıq prosesi ləğv edilib.

Komanda növbəti həftənin ilk günündə bir araya gələcək. Hazırda klubda ümumilik 9 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.

Bunlar "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçiləsi Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mbodj, Vojislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrin, həmçinin Qədir Həsənovdur.

Əvəzedici komandada isə Fərid Əsgərov və Vüqar Həsənovda infeksiya aşkarlanıb.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirməli idi. Lakin görüş qeyri-müəyyən tarixə təxirə salınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31