8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Yunis Hüseynov: "Dörd futbolçumuz koronavirusa görə oyunu buraxdı"

"Maraqlı oyun oldu, komandamız matça yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XI turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxxəssis bildirib ki, komandası ikinci hissədə azlıqda qalsa da, xarakter göstərib: "İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi və düşünürdüm ki, "qırmızı" olacaq. Dörd futbolçumuz koronavirusa görə oyunu buraxdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı".

Hüseynov Alvaro Tavares və Artur Batistanın göndərilməsinin səbəbini açıqlayıb: "Hər iki futbolçu ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və getdilər".

Baş məşqçi matçın 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan İlkin Qırtımovla danışacağını söyləyib: "Komandamızın xüsusi kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədirsə, onu da ödəyəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30