29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Sabah"ın baş məşqçisi: "Təkcə müdafiəçiləri günahlandırmaq olmaz"

"İki fərqli hissə izlədik. İlk yarıda qol imkanları olmadı. Fasilədən sonra rəqibin azlıqda qalmasından istifadə etdik və qol vurduq. Daha sonra əlimizə düşən imkanlardan istifadə edə bilmədik və rəqib hesabı bərabərləşdirməyi bacardı".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Visente Qomez Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis komandasının son 2 matçda 4 xal qazandığını bildirib: "Dəyişikliklər etməyə başlamışıq. Ötən oyunda qələbə qazandıq, indi də 1 xal qazandıq. Qol imkanlarını dəyərləndirə bilmiriksə, oyunu udmaq çətin olur".

49 yaşlı mütəxəssis Ramil Şeydayevin sonradan meydana daxil olmasının oyunlarına müsbət təsir etdiyini söyləyib: "Hücumçuları bir-biriylə əvəz etməyimə səbəb onların fərqli xüsusiyyətlərinin olmasıdır. Ramil Şeydayev daha çox boş mövqelərə açılan futbolçudur. Ona görə, meydana buraxdım və oyunumuza müsbət təsiri oldu. Müdafiə xəttimiz də pis çıxış etmədi. Sadəcə, ümumi şəkildə komanda olaraq yaxşı çıxış etmək lazımdır ki, belə qollar buraxmayaq. Təkcə müdafiəçiləri günahlandırmaq olmaz. Veysəl Rzayev və Ulisse Diallo qol vura bilsəydi, hər şey fərqli olardı".

Baş məşqçi Şeydayevin son vaxtlar ehtiyatda qalmasına da toxunub: "Hər bir futbolçunun karyerasında hər zaman eniş olur və bu da normaldır. Qışdan sonra komandada hansı dəyişiklərin olacağı barədə hələ bir şey deyə bilmərəm" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31