29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Yaxşı müdafiə olunduq”

"Samir Abasovu təyinatı ilə bağlı təbrik edirəm. Onunla birlikdə futbol oynamışıq, həm də məşqçilik kurslarına qatılmışıq. Maraqlı oyun alındı, qol epizodları çox deyildi. Rəqib topa nəzarət edirdi, biz müdafiə olunurduq. Bəzən əksinə olurdu".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XI turunda səfərdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, son 10-15 dəqiqədə "Neftçi" üstün olub: "Bilirdik ki, rəqib qələbə qazanmaq istəyəcək. Komanda olaraq yaxşı müdafiə olunduq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31