8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Elxan Məmmədov: “Hər şey üçün TFF-yə təşəkkür edirəm”

"Əslində, yaxşı matç idi. Oyunda çoxlu qollar gördük. Koronavirus və zədə səbəbindən hər iki komanda tam heyətlə çıxış edə bilmədi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"a 2:3 hesabı ilə uduzduğu görüş barədə "TRT Spor"a müsahibəsində deyib.

O, qələbə münasibətilə "Sivasspor"u təbrik edib: "Növbəti oyunlarda onlara uğurlar arzulayıram. Fürsətdən istifadə edib həmkarlarıma da təşəkkür edirəm. Bu, "Qarabağ"ın ev oyunu idi. Türkiyə Futbol Federasiyasına (TFF) təşəkkürümü bildirmək istəyirəm. Bu imkanı "Qarabağ" üçün yaratdılar. Bundan əlavə bizə təklif etdilər ki, millinin də oyunu Türkiyədə təşkil oluna bilər. Lakin artıq matçlar bitib. TFF-yə hər şey üçün təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" Avropa ev oyunlarını ölkədəki hərbi vəziyyətlə əlaqədar İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçirir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30