8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Sivasspor”un prezidenti “Qarabağ”a təşəkkür etdi

"Stresli oyun idi. Koronavirus xəstələrinin sayının çox olması və zədəlilərin durumu bizi qorxudurdu. Birinci hissə narahatlığımızın nə qədər haqlı olduğunu göstərdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sivasspor"u prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Otyakmaz qrupdan çıxmaq şanslarının heç də az olmadığını bildrib: “Qrupda daha iki vacib görüşümüz var. “Vilyarreal” bu gün “Makkabi” ilə heç-heçə etdi. Niyə biz də onlarla bərabərə qalmayaq? “Makkabi” üzərində qələbə ilə də qrupdan çıxmaq istəyirik. Türk millətinin dəstəyini arxamızda hiss edirik. Bu dəstəklə hədəfimizə çatacağımıza inanırıq”.

Klub rəhbəri sonda “Qarabağ”a təşəkkürünü çatdırıb: “Oyunun İstanbulda keçirilməsinə baxmayaraq, qonaqpərvərliyə görə “Qarabağ”a təşəkkür edirəm. Hər iki tərəf iki dövlət, bir millət deyimini boşa çıxarmadı. Azərbaycan klubuna təşəkkürümü bildirirəm”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30