29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

AFFA və TFF legionerlərlə bağlı danışıqlar aparır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Türkiyə Futbol Federasiyası (TFF) arasında futbolçuların legioner statusu ilə bağlı danışıq aparılır.

Futbikxeber.az saytının məlumatına görə, bu barədə Türkiyədə səfərdə olan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yerli mətbuata açıqlamasında deyib.

O, iki ölkə futbolçularının həm Türkiyə, həm də Azərbaycanda legioner statusu ilə oynamamaları üçün müzkirələrin davam etdiyini bildirib:

"Hazırda çempionatımızda 2 türkiyəli futbolçu çıxış edir. "Başakşehir"dən icarə əsasında "Neftçi"yə keçən Mert Çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. Çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər. Ozan Can Kökçü isə "Sabah" komandasının formasını geyinir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik. Bu səbəbdən, son zamanlar AFFA və TFF olaraq, iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir".

Qeyd edək ki, hazırda Türkiyədə azərbaycanlı futbolçulardan yalnız Araz Abdullayev çıxış edir. O, 1-ci liqada mübarizə aparan "Boluspor"da forma geyir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31