8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"ın legioneri: "Azərbaycanın xoşbəxtliyi mənim də xoşbəxtliyimdir"

"Qarabağ" klubunun kolimbiyalı futbolçusu Kevin Medinanın müsahibəsi

- Çempionatdakı son oyunlarınızda "Neftçi"ni 6:0, "Sumqayıt" və "Keşlə"ni isə 6:1 hesabı ilə məğlub etdiniz. Rəqibləriniz bu qədər zəifdir?

- Mən elə düşünmürəm. Premyer Liqada zəif rəqib yoxdur. Biz komanda olaraq, yaxşı formadayıq. Növbəti matçlarda da bu çıxışımızı davam etdirmək istəyirik.

- Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la qarşılaşacaqsınız. Bu matçdan gözləntiləriniz nədən ibarətdir?

- Yaxşı komanda ilə qarşılaşacağımızı bilirik. Hazırda bu matça köklənməliyik. Qarşımızda bizim kimi motivasiyalı rəqib olacaq. Nəticə qazanmaq üçün çalışacağıq.

- Heyətinizdə zədəli və koronavirusa yoluxmuş futbolçular var. Bu, sizə Türkiyə təmsilçisi ilə görüşdə necə təsir edəcək?

- Yaxşı oyunçularımız və heyətimiz var. Həmin futbolçuların yerini doldura bilərik. Biz bir ailəyik. Bunu necə edəcəyimizi matçdan sonra dəyərləndirə bilərik.

- Qrupdakı ilk 3 matçda xal qazana bilməmisiniz. Bunun əsas səbəbi nədir?

- Əslində, çox amillər var. Hansısa birini qabartmaq çətindir. Bütün səhvlərimizi analiz etmişik. Ümid edirəm ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq.

- Azərbaycanın cəhbədə qazandığı qələbə barədə nə deyə bilərsiniz?

- Bütün xalqınızı, sizi təbrik edirəm. Hazırda Azərbaycan xalqının xoşbəxtliyi - mənim də xoşbəxtliyimdir ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30