8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Lüksemburqda Azərbaycan millisi üçün xüsusi polis patrulu yerləşdirildi

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının VI turunda Lüksemburqla qarşılaşacağı "Jozi Bartel" stadionunda və onun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Futbolxeber.az saytının məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda gecə-gündüz müşayiət olunur.

Komandanın qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib.

Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.

Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.

Noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30