8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Neftçi" yeni baş məşqçi ilə ilk məşqə çıxdı

"Neftçi” Premyer Liqanın 10-cu turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Ağ-qaralar” bu gün yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk məşqə çıxıb.

"Neftçi TV” vasitəsilə canlı yayımlanan və "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Müşahidə Şurasının da izlədiyi məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Ötən ay dirsəyindən əməliyyat olunmuş qapıçı Səlahət Ağayev isə artıq fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, "Qəbələ” - "Neftçi” oyunu noyabrın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30