8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Rəvan" "Qarabağ"la görüşə tam heyətlə hazırlaşır

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Rəvan" "Qarabağ”ı qəbul edəcək. Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi bu oyuna hazırlığı davam etdirir. Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlər "Bayıl Arena”da baş tutur. Hazırlıqda komandanın bütün heyət üzvləri iştirak edir. Son yoxlama oyununda yüngül zədəsi olduğu üçün iştirak etməyən futbolçular – Aqil Nəbiyev, Əziz Quliyev, Rəşad Abdullayev və Elvin Həsənəliyev də kollektivlə birgə çalışır. Elə zədəsini sağaldan Xuan Manuel Varea da komanda ilə ümumi məşqlərə qatılır.

Qeyd edək ki, "Rəvan” - "Qarabağ” oyunu sentyabrın 13-də "Bayıl Arena”da keçiriləcək. Saat 19:00-da başlayacaq görüş "İdman Azərbaycan” kanalı ilə də canlı yayımlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30