9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Sloveniyalı futbolçu: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"

"Uzun müddətdən sonra yenidən milli komandada olmaq çox xoşdur. Üç qarşılaşma olacaq və bu gün onlardan ilkini gerçəkləşdirəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Sloveniya yığmasının futbolçusu Tim Matavj bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl deyib.

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" klubunda çıxış edən 31 yaşlı hücumçu qarşıdakı matçlara yaxşı hazırlaşdıqlarını bildirib.

Matavj Azərbaycanla görüşdə qələbə qazanmaq istədiklərini söyləyib. "Yaxşı formadayam, oynayır, qol vururam. Fürsət verilsə, istifadə etmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, bu gün Lyublyana şəhərindəki “Stojitse” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30