Ölkə futbolu
Tahir Gözəl: “8 noyabr mənəviyyat, qələbə günüdür!”
“Qarabağ”ın prezidenti Tahir Gözəl klubun saytına müsahibə verib.
- Tahir bəy, bu gün Azərbaycanda tarixi bir gün oldu, fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik...
- Doğrudan da, bu gün Azərbaycanın müstəqilliyindən bəri qızıl hərflərlə yazılmış ən mənəvi günlərdən biri, hətta birincisi oldu, hər il bu günü böyük bir bayram kimi qeyd edəcəyik. Ali Baş Komandanın böyük səbri, dahiliyi və şücaəti, ordumuzun fədakarlığı və verdiyimiz şəhidlərlə böyük zəhmətlə şanlı qələbəyə imza atıldı. Ordumuza nə qədər minnətdarlığımızı bildirsək də, azdır. 8 noyabr mənəviyyat günüdür. Qələbə günüdür! Mən daim Qarabağ döyüşlərində şəhid və qazi ailələrinə baş çəkmişəm. Onların məyusluğu, ürəklərində bir parçanın olmadığını, torpaqlarından çıxdıqlarından bəri vətən içində vətənsizlik yaşadıqlarını görəndə həmişə bir qüssə hissi yaşayırdım. Bu tarixi gün yüz minlərlə insanın ruhunun bədəninə qovuşması kimi onlara həyat verəcək. Demək olar ki, ruh bədənə qovuşdu və bu, çox böyük bir sevinc hissidir.
- Bu qələbəyə çatmağa hansı amillər rol oynadı?
- Amillər çoxdur. Xalqımızın səbri, Ali rəhbərliyə olan inamı, iqtisadiyyatımızın sabitliyi, güclülüyü, ordumuzun şücaəti, gətirilən texnologiyalar - hansı ki, hərbi hədəfləri dəqiq hesablayaraq sivil əhaliyə zərər vurmadan hərbi obyektləri məhv edir. Lakin ən böyük səbəb - Azərbaycan ölkə rəhbərliyi ilə Ermənistan rəhbərliyi arasındakı fərqdir. Bizim Ali Baş Komandanın möhtəşəm səbri, müdrikliyi, ağırlığı, dahiliyi ilə, xalqın dərdlərini hiss edə-edə və ən düzgün vaxt taparaq bütün dünyanın, qonşu dövlətlərin dəstəyini alaraq torpaqları bizə qaytardı. Bu, böyük bir zəfərdir. Hesab edirəm ki, ən böyük fərq iki ölkələrin liderləri arasındakı fərqdir. Bu bir qələbə mənbəyidir. Əlbəttə ki, fədakarlıqlar, göstərilən şücaət və verilən şəhidlər bu qələbədə xüsusi rol oynadı.
- Artıq torpaqlarımız azad olunur, bundan sonra əsas nələrə diqqət etmək lazımdır?
- Bundan sonra önəmli olan yaraları sarımaqdır, önəmli olan bütün işğal altında olan torpaqlarımızın azadlığı və Qarabağda sülhü bərpa etməkdir, sərhədlərimizi möhkəmləndirməkdir. Biz gərək müsbət əhval-ruhiyyəmizi yalnız 1-2 gün deyil, illərlə qoruyub saxlayaq. İş adamlarımız bu torpaqlara yatırım etməlidir, hər birimizi oralarda işlər görməli, investisiyalar yatırmalıyıq. Ali Baş Komandanımzın da dediyi kimi, bir yumruq kimi birik. Bu birliyimizi hər sahədə, göstərməliyik.
Fürsətdən istifadə edib həkimlərimizə təşəkkür edirəm. Onlar da koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda öz həyatları bahasına böyük fədakarlıq göstərib canlar xilas edirlər. Bu gün Azərbaycan tarixinin ən mənəvi günlərindən birini yaşayır. Vətən sevgisi heç kimə nifrət etmək deyil, öz vətəninə, xalqına, balasına kömək etmək deməkdir. İş adamları üçün vətən sevgisi ətrafdakılara, işsizlərə iş vermək, rifahı yüksəltmək, bununla öz dəstəyini göstərməkdir.
- Dəyərli düşüncələrinizi bölüşdüyünüz üçün təşəkkürümüzü bildiririk. Sonda demək istədiyiniz fikirlər varmı?
- Bir daha Azərbaycan xalqını, Türkiyə xalqını, bütün türk dünyasını təbrik edirəm. Tarixi bir hadisə yaşayırıq. Bəzi insanlar öz ata-anasının övladlarıdır, bəziləri isə tarixin övladlarıdır. Tarix onu həyata gətirir, çünki həmin anda belə bir şəxsiyyət lazım olur. İlham Əliyev Ümummilli liderimiz Heydər Əliyevin bizə bağışladığı ən böyük hədiyyədir. İlham Əliyev Heydər Əliyevin işlərinin davamçısıdır, torpaqlarımızı azad edəndir. Bir daha Ümummilli liderimiz Heydər Əliyevi hörmətlə anır, ruhunun qarşısında baş əyirəm və Türkiyəyə mənəvi dəstəyinə görə təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyəti dostluğun, qardaşlığın, qonaqpərvərliyin, ağsaqqalların, etnik və dini toleralizmin yaratdığı birlik və çox tarixi kökü olan dünyanın nadir bir mədəniyyət nümunəsidir. Bir olaq, yumruq olaq, bahəm ölkəmizi abad edək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan futbolunu dildə yox, əməldə düşünmək
- 2 milyon pul alıb, oynatmağına bax...
- Adil Şükürov “Kəpəz”dən getdi
- Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olundu
- “Araz-Naxçıvan”ın qapıçısı: “Bəlkə də mən düzgün addım atmadım”
- Emin Mahmudov: “Xahiş elədi, mən də topu ona verdim, problem yoxdur”
- Vətən, Bayraq, Sakarya... - Santuşun çıxışına qısa sözardı
- Mateuş Koxalski: “Qarabağ” “Dinamo”ya lazımi qədər qol vura bilər”
- "Araz-Naxçıvan"dan fiasko: Çempionumuz yenə qrupda qaldı
- "Qızıl top"a namizədlərin siyahısı açıqlandı
- Qriqorçuk: “Onları vurmalıydıq”
- “Zirə”nin hücumçusu: “Hər dəfə VAR, VAR, VAR - bilmirəm buna necə reaksiya verim”
- ÇL: "Araz-Naxçıvan" yenə 7 qolla qalib gəldi
- Zaur Axundov: “Millinin heyətində meydanda 80 faiz can yandıran futbolçu görmədim”
- Möhtəşəm fürsət: ERKƏN UDUŞ
-
21:54
“Neftçi” "Qarabağ"la bacarmadı
-
19:45
Ayxan Abbasov: “Çox mühüm 3 xal qazandıq”
-
19:36
Azər Bağırov: "Hücumda və orxa xətdə problemlərimiz var"
-
18:58
“Lənkəran”dan yeni transfer
-
18:09
"Naxçıvan" baş məşqçi və üç basketbolçu ilə müqavilə müddətini uzadıb
-
17:41
"Qəbələ"dən 5 qollu qələbə VİDEO
-
17:27
“Sumqayıt”dan azarkeşlərə çağırış: “Dəstəyinə ehtiyacımız var”
-
17:13
AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib
-
16:54
Güləşçilərimiz Rusiyaya yollanır
-
16:35
AFFA I Liqa klublarını cərimələdi
-
16:22
Bölgə klubuna texniki məğlubiyyət verildi
-
16:08
Böyük futbol Buzovnaya qayıtdı VİDEO
-
15:59
Tovuzda heyətlər açıqlandı
-
15:16
Həyəcan, qorxu, yoxsa paxıllıq?
-
14:49
Amerikalı basketbolçu daha 1 il Azərbaycanda qalacaq
-
14:07
Alim Nəbiyevdən 56-cı qələbə
-
13:23
"Arsenal"ın futbolçusundan tarixi göstərici
-
12:51
Region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
-
12:38
"Neftçi"dən 2 transfer
-
12:15
Şuaybu "Qəbələ"nin tarixinə düşdü
-
12:00
Yeni idman saytı fəaliyyətə başladı
-
11:42
FIDE Faiq Həsənovu mükafatlandırdı
-
11:24
Millimizin üzvü: "Ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim"
-
10:59
Bu klubun adı və loqosu dəyişdirildi
-
10:36
Günün oyunları - TV AFİŞA
-
10:13
I Liqada III turun oyun cədvəli açıqlandı
-
09:45
"Abşeron"da amerikalı hücumçu
-
09:07
"Qarabağ"ın rəqibi evdə xal itirdi
-
23:02
Millimiz Çexiyaya məğlub oldu
-
22:00
"Neftçi"nin Azərbaycan derbisinə hazırlığı VİDEO
-
20:46
Prezidentin bu gün təməlini qoyduğu “İmarət” stadionu necə olacaq?
-
20:18
"Lənkəran"dan iki transfer birdən
-
19:53
"Qarabağ"ın rəqibinin zədəli futbolçularının son durumu açıqlanıb
-
19:00
Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb
-
18:34
"Qəbələ" və "İmişli"dən darmadağın
-
17:49
"Sumqayıt"ın futbolçusu Asiyanın ən yaxşısı seçilə bilər
-
17:25
Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək
-
17:12
Millimiz Özbəkistana uduzdu
-
16:51
“Sumqayıt”ın “Ailəvi azarkeş” aksiyasının ilk qaliblərinə hədiyyələri təqdim olundu
-
16:36
"Azərreyl" milli üzvü ilə müqavilə imzaladı
-
16:27
"Turan Tovuz" - "Araz-Naxçıvan" matçının biletləri satışda
-
16:13
Qara Qarayev “Neftçi”dən getdi
-
15:48
ETOPAZ: Bu Oyunda Favorit Sənsən!
-
15:39
"Neftçi"dən ayrıldı, "Sumqayıt"la müqavilə imzaladı
-
14:50
Ağdamda “İmarət” stadionunun təməli qoyuldu
-
14:26
"Neftçi"dən 2 transfer birdən
-
14:14
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
-
13:45
II Liqada IV turun oyun cədvəli açıqlandı
-
13:33
"Kəpəz"in yeni portuqaliyalısı: "Mən də bu sevgini qazanmaq istəyirəm"
-
13:07
"Şəki"dən növbəti transfer