29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Çalımbay: “Bizə qələbə lazım idi”

"Qələbə qazandığımıza görə xoşbəxtik. Bu, həm özümüz, həm də Türkiyə üçün önəmli qarşılaşma idi. Oyun ərzində üstünlüyə sahib idik. İlk hissədə  çox qol epizodlarından istifadə edə bilmədik. Qrupdakı bütün matçlarda qol vurduq. Bugünkü qarşılaşma asan görünürdü, amma çox motivasiya olduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"ı 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, məqsədlərinin qrupdan çıxmaq olduğunu bildirib: "Bu gün  yaxşı mübarizə apardıq. Bəzi vaxtlar mükəmməl oynadıq. Qazandığımız inamlı qələbə bizə mənəvi kömək olacaq. Komandama inanıram. Bizə qələbə lazım idi.  Hələ heç nə bitməyib. Səfərdə yaxşı oynayırıq. Məqsədimiz qrupdan çıxmaqdır. İsraildə "Makkabi" (Təl-Əviv) komandasını məğlub edə bilərik. "Vilyarreal"la görüşdə nə olacağı bəlli deyil".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31