8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Almaniya məşqçi: "Qarabağ Azərbaycanın tarixi ərazisidir"

AFFA-nın keçmiş texniki direktoru Bernhard Lippert Azərbaycana Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dəstək olub.

Futbolxeber.az saytının məlumatına görə, o, ermənilərin mülki insanları hədəfə almasını terror aktı adlandırıb:

"Mənim adım Bernhard Lippertdir. Son bir neçə ildə Azərbaycanda, Bakıda yaşamışam. Möhtəşəm ölkə, mədəniyyət və həddindən artıq qonaqpərvər insanlar...

Orada hər zaman isti ürək və hörmətlə qarşılanmışam. Azərbaycan mənim ikinci evimdir.

Hazırda baş verənlərlə bağlı öz dəstəyimi göstərmək istəyirəm. Hamımız bilirik ki, müharibə itki və qurbansız olmur. Amma mülki insanları öldürmək terror aktıdır. Hər kəs bilir ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu, Birləşmiş Millətlər Təşkilatının qətnamələrində də öz əksini tapıb. Dünya isə hələ də baxır. Demək istəyirəm ki, Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, Bernhard Lippert 2008-ci ildən bu ilə kimi Azərbaycanda çalışmış Lippert hazırda Qana Futbol Federasiyası ilə əməkdaşlıq edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30