9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Yunis Hüseynov: "Uduzmamalıydıq”

"Döyüş zonasında olan əsgərlərə uğurlar arzulayıram, hər zaman onların yanındayıq. Bu gün qələbə qazanmaq üçün meydana çıxmışdıq. Bəzi qol epizodları yaratdıq, amma istifadə edə bilmədik. Rəqibə uğurlar arzulayıram, düşünürəm ki, biz uduzmamalıydıq. "Neftçi" də elə çox təhlükəli epizodlar yaratmadı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 7-ci turunda evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətə layiq olmadıqlarını bildirib: "Futbolçular pis təsir bağışlamır, getdikcə daha yaxşı olacaq. "Neftçi"nin imkanları bizdən çox olsaydı, deyərdim ki, məğlubiyyətə layiq idik. Yaxşı oynayıb uduzmaq pisdir. Əsas nəticə yadda qalır. Mən də istəyərəm ki, pis oynasaq da, nəticə əldə edək".

Hüseynov yenidən "Keşlə"yə qayıdan Sezar Meza Kolli barədə də danışıb: "O, 5-6 gündür ki, komanda ilə məşq edir. Oyunun gedişatını dəyişmək üçün Sezarı meydana buraxdıq. Tam hazır deyil, 30 dəqiqə oynamaq üçün gücü var idi. Sezar formada deyil, o həmişə bu komandanın aparıcı futbolçusu olub. Mən ümumiyyətlə komandamdan narazı deyiləm, hər kəsin futbola baxışı fərqlidir. İmkanlardan istifadə edə bilsəydik, biz qələbə qazanardıq. Əgər mən bu komandaya gəlmişəmsə, deməli, bu mənim komandamdır.

Gələcəkdə yaxşı yerlərdən birini tutacağıq. Buna əminəm. Bizim komandamızın çempion olmaq üçün potensialı var. Hər bir baş məşqçi komandanı çempionluğa kökləməlidir. Nə qədər alınacaq, oyunlarda görsənəcək. Bu gün alınmadı. İmkanlarımız oldu, ötən tur "Səbail"lə görüşdə iki xal itirdik. Bu gün də qol imkanlarımız "Neftçi"dən daha çox idi".

55 yaşlı mütəxəssis transfer planlarından danışarkən komandanın hücum xəttinə yeni oyunçu alınmalı olduğunu qeyd edib: "Anlaşa bilsək, bu mövqeyə oyunçu götürə bilərik. Amma bir forvardla çıxış etmək ağırdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30