9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

“Qələbəni cəbhədə vuruşan əsgərlərimizə, şəhidlərimizə həsr edirik”

"Çətin olacağını bilirdik. "Keşlə”ni yaxşı analiz etmişdik. Xüsusi plan qurmuşduq. Futbolçular da bu planı mən istədiyim səviyyədə meydanda yerinə yetirdilər. Göstərdikləri əzmkarlığa görə hər birinə təşəkkür edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Keşlə"ni məğlub etdikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

O, səfər qələbəsini cəbhədə vuruşan əsgərlərimizə və şəhidlərimizə həsr etdiklərini bildirib: "Bu arada futbolçuları oyuna kökləmək çətin olur. Çünki hər birinin ürəyi cəbhədədir. Bu gün bütün fikirlərini oyuna yönəltmələri çox xoş oldu. Qələbə qazanmaq həmişə xoşdur. Qələbəni cəbhədə vuruşan əsgərlərimizə, şəhidlərimizə həsr edirik. Hərbçilərimizin mərdliyi bizi daha da ruhlandırır. Belə ordusu, vətəndaşları, şəhidləri olan dövlətin vətəndaşı olduğumuz üçün fəxr edirik”.

Məmmədov komandasının bundan da yaxşı oynaya biləcəyini qeyd edib: "Komandamız yaxşı oynadı, amma bundan da yaxşı oynaya bilər. Çünki futbolçularımın potensialını bilirəm. Bəziləri tam keyfiyyətini ortaya qoya bilmədi ki, bunda meydan amilinin də rolu var. Bununla belə, istədiyim əzmkarlığı göstərə bildilər. Hər qələbə futbolçuda özünəinamı artırır və komanda daha yaxşı oynamağa başlayır. Sabir Buqrinin səviyyəli futbolçu olduğunu bilirəm, amma ötən oyunla müqayisədə bu gün tam istədiyimizi göstərə bilmədi. Həm də bir az yorğunluğu var idi. Buna görə də onu Saman Nərimancahanla əvəzləmək məcburiyyətində qaldıq. Saman da keyfiyyətli və təcrübəli futbolçudur. Mertə gəlincə, o, çox ağıllı futbolçudur. Düşünürəm ki, oyundan oyuna heyətdəki yerini möhkəmlədəcək. Onu limit səbəbindən deyil, layiq olduğu üçün meydana buraxırıq”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30